...Azərbaycan bu gün daha 10 erməni əsiri Ermənistana təhvil verməklə növbəti bir humanitar addıma sahib oldu. Artıq Avropa Birliyi və Avropa İttifaqının rəhbərləri Azərbaycanın bu addımını alqışlayan bəyanatlar yayıblar...

Bəs Ermənistan nə edib? Təsəvvür edin, diriləri qoyuruq bir kənara, məzarlarla vəhşi heyvan kimi davranmaq Ermənistanın keçmiş siyasi rəhbərlərinin əsas peşəsi olub. Ona görə də Ombudsman Səbinə Əliyeva işğaldan azad olunmuş Füzuli rayonundakı qəbiristanlıqların işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılması ilə bağlı faktaraşdırıcı missiya həyata keçirir. Bu barədə Ombudsman Aparatına istinadən xəbər verir. Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə ölkəmizə qarşı ağır artilleriya qurğularından, qadağan olunmuş silahlardan istifadə edilməsi nəticəsində, eləcə də birbaşa qəsdlə Füzuli rayonunda da bütün mülki obyektlər, yaşayış məntəqələri, tarixi-mədəni, dini abidələr, hətta soydaşlarımızın dəfn olunduğu qəbiristanlıqlar da amansızcasına dağıdılib. Faktaraşdırıcı səfər çərçivəsində Füzuli şəhəri və rayonun Qaraxanbəyli, Dədəli, Kürdlər kənd qəbiristanlıqlarının vəziyyəti ilə bağlı monitorinq aparılıb. Yerində araşdırmaların nəticələrinə dair hesabat hazırlanaraq, beynəlxalq və regional təşkilatlara göndəriləcək.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN