İsveçrə məhkəməsi dondurulmuş aktivlərin bir hissəsinin Gülnarə Kərimovanın şirkətinə qaytarılması barədə qərar çıxarıb.

KİV-in məlumatına görə, İsveçrə Federal Cinayət Məhkəməsi Özbəkistanın birinci və keçmiş prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovaya qarşı açılan cinayət işi çərçivəsində, dondurulmuş vəsaitdən, təxminən 70 milyon dolların “Takilant” şirkətinə  qaytarılmasını zəruri hesab edib.

Məhkəmənin qərarında deyilir ki, istintaq bu aktivlərin cinayət nəticəsində əldə edildiyinə dair sübut tapa bilməyib. (Dialogue.tj)

Qeyd edək ki,  Gülnarə Kərimovanın benefisiarı olduğu “Takilant” şirkəti İsveçrədəki 5 hesabdan ikisi ilə əlaqəli idi, hansı ki, mənşəyi indi araşdırılır. Ümumilikdə şirkətdən 350 milyon dollardan çox vəsait müsadirə edilib.

Məhkəmə bu məbləğin əhəmiyyətli hissəsinin - 293 milyon dollardan çoxunun (təxminən 270 milyon İsveçrə frankı) müsadirə edilməsi barədə qərar çıxarıb, çünki işdə iştirak edən bir neçə şəxs, o cümlədən Kərimova və onun köməkçisi çirkli pulların yuyulmasında təqsirli biliniblər.

Xatırladaq ki,  Gülnara Kərimova Özbəkistanda dələduzluqda, büdcə vəsaitinin oğurlanmasında, cinayətkarlıq yolu ilə əldə olunan pulların xarici ölkələrə keçirilməsində ittiham edilib.

G.Kərimovanın Özbəkistana vurduğu zərər 2 milyard dollar dəyərində qiymətləndirilib. Özbəkistan hökuməti onun 12 ölkədə, o cümlədən Rusiyada 1,5 milyard dollar dəyərində aktivləri üzərində həbs qoyub.

İsveçrə polisi isə Gülnarə Kərimovanın Cenevrədəki mülkündən 38 milyon frank dəyərində qiymətli əşyalar - qızıl saatlar və zərgərlik məmulatları aşkarlayıb. Polis fantastik qiyməti olan boyunbağı və böyük qırmızı brilyant qaşlı üzüyün qeyri-qanuni yolla əldə olunduğunu iddia edib.

Məlumatlara görə,  2008-ci ildən 2013-cü ilədək Özbəkistanın BMT və Cenevrədəki digər beynəlxalq təşkilatlardakı nümayəndəsi olan Gülnarə Kərimova 2013-cü ildə ölkəsindən külli miqdarda pul çıxarmaqda şübhəli bilinib, onun haqqında cinayət işi açılıb. Daha sonra o, geri çağırılıb, diplomatik toxunulmazlıqdan məhrum edilib və hesabındakı 800 milyon frank dondurulub. 2015-ci ildə isə Gülnarə Kərimova dələduzluqda və vergidən yayınmaqda günahlandırılaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

TƏQDİM ETDİ: JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN