...Dələduzun da vətəni olmur... Amma neyləyək ki, belələri istədiklərini istədikləri vaxt edirlər... Tanınmış diaspor Elman Mustafazadə bu barədə maraqlı açıqlama yayıb: ""Paragöz" ayaması ilə tanınan bir dələduz Avropada iş adamlarından pul yığıb 80-90 arası əlil arabası alıb üz tutub Azərbaycana ki, güya qazilərimizə hədiyyə gətirib... Indicə Azərbaycandan xəbər gəldi ki, bu dələduz "Paragöz" müəllim Bakıda düşüb müxtəlif müəssisələrin, iş adamları və bəzi bankların canına ki, güya arabaları cibinin pulu ilə alıb, bəs pulları qaytarın... Disporumuzun "Paragöz" ləqəbi ilə tanınan, bir vaxtlar Nazim İbrahimovun sağ əli olmuş və Azərbaycana heç bir dəxli olmayan bu adam... dövlətimizin pullarina Antalyada, Bodrumda və İstanbulda da özünə hotellər və sairələr alıb.
Görəsən biz niyə bu qədər sadəlövh millətik?...  P.S. Çox təssüflər olsun ki, Milli Məclisin bəzi deputatları bu maşennikə himayədarlıq edirlər... Bu barədə yaxın günlərdə...".
Lakin E.Mustafazadə hələki həmin şəxsin kimliyini adını açıqlamayıb...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN