Təəssüflər olsun, Qazaxıstanda etiraz aksiyaları zamanı baş verən qarşıdurmalarda 13 hüquq mühafizə orqanı əməkdaşı öldürülüb.

"Təzadlar" "Ria Novosti"yə istinadla bildiri ki, bu barədə Almatı Komendant Ofisi məlumat yayıb. Məlumata əsasən, ölən polislərdən ikisinin başı kəsilib. Qarşıdurmalar zamanı, həmçinin onlarla etirazçının həlak olduğu bildirilir, lakin hələlik bu haqda rəsmi olaraq məlumat verilmir. Qeyd edək ki, artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərdiyi sülhməramlılar ölkədə hərbi strukturların və dövlət əhəmiyyətli başqa obyektlərin mühafizəsinə başlayıblar. Onlara silahdan istifadə etmək hüququ verilib. Hazırda gərginlik qalmaqdadır. 

A.Məmmədli

 

www.24news.ge

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN