Eks prezident Mixeil Saakaşviliyə qarşı zorakılıq faktlarının olub-olmamsını araşdıran Ukrayna Prokurorluğunun qərarı məlum olub.

Bu barədə Saakaşvilinin vəkili Nika Qvaramiya məlumat verib. Onon sözlərinə görə, Ukrayna hüquq-mühafizə orqanları gürcü həmkarlarının Saakaşviliyə qarşı səlahiyyətlərindən sui-istifadə etməsi faktını araşdırır: "Ukrayna qanunvericiliyi istintaq orqanına ölkə vətəndaşına qarşı cinayət törədildikdə cinayət işi başlamağa icazə verir. Bu o deməkdir ki, Ukraynada gürcü hüquq-mühafizə orqanlarına qarşı ittiham irəli sürülə bilər", - deyə N. Qvaramia bildirib. Qvramaia bildirib ki, hazırda Saakaşviliyə qarşı zor tətbiq edən hüquq-mühafizə orqanlarının kimliyi araşdırılır.

Gürcüstanın hüquq mühafizə orqanı rəhbərləri isə hələki bu qərara münasibət bildirməyib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN