İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması istiqamətində tədbirlər davam etdirilir. DİN-nin yaydığı məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər. Aşkar edilən 27 avtomat, 7 pulemyot, 1 qumbaraatan, 3 qumbara, 4 avtomat sandığı, 11 mərmi, 95 iriçaplı patron aidiyyəti üzrə təhvil verilib.
Bəli, 30 il məhz bu rus silahları ilə torpaqlarımızda at oynadan ermənilər indi anlayır ki, gəmidə oturub gəmiçi ilə dava etməyin sonu belə və daha betər olur...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN