Haaqadakı Beynəlxalq cinayət məhkəməsinin bir qrup müstəntiqi Rusiyaya qarşı hərbi cinayətləri ilə bağlı kollektiv şəkildə beynəlxalq məhkəmə iddiasını araşdırmaq üçün Ukraynaya gedib.

Bu barədə BBC məlumat yayıb.

 Jurnalistlərin suallarını cavablandıran tribunalın baş prokuroru Kərim Xan bildirib ki, Rusiya tərəfinin hərəkətləri məhkəmənin yurisdiksiyasına aiddir.

 “Mülki əhalini və mülki obyektləri birbaşa hədəfə alan istənilən tərəf Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu və beynəlxalq humanitar hüquqla müəyyən edilmiş cinayət törədir”.

Xan əvvəl də bildirmişdi ki, Rusiyanın Ukraynada törətdiyi “mümkün hərbi cinayətlər”lə bağlı təhqiqata başlanılıb və o,  artıq hərbi cinayətlərin və insanlığa qarşı cinayətlərin əlamətlərini görür.  

Xatırladaq ki,  Ukrayna Ali Radasının Twitter-dəki paylaşımında bildirilirdi ki, Haaqa prokurorluğunun ukraynalıların köməyinə ehtiyacı var.  Və vətəndaşlardan xahiş olunurdu ki, Rusiya Federasiyasının hərbi cinayətlərini sübut edən faktların toplanılmasına kömək etsinlər.

"Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokuroru Kərim A.A. Xan hərbi cinayətlərə dair sənədli sübutları olan bütün şəxslərdən materialları elektron poçtla göndərmələrini xahiş edir."

Qeyd edək ki, bu gün səhər saatlarında Ukraynanın fövqəladə hallar üzrə Dövlət Xidməti bəyan edib ki, Rusiya qoşunları Ukraynadakı atom elektrik stansiyasını raketlə vurub. Yanğınsöndürənlər qrupu Enerqodar şəhərində Zaporojets AES-in ərazisinə daxil olub. Yanğının söndürülməsinə 40-dan çox yanğınsöndürən və 10 texnika cəlb edilib. Yanğının AES-in təlim-tədris korpusunda baş verdiyi müəyyənləşib, bildirilir ki, üçüncü, dördüncü və beşinci mərtəbələrdə yanğın davam edir. İlkin məlumatlara görə ölən və xəsarət alan yoxdur. Yanğınsöndürənlər yanğın ocaqlarından birini lokallaşdıra biliblər.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN