Tbilisi sakini Rafael Mursaqulov Avstraliya vətəndaşı 31 yaşlı Şanay Brukun qətlində təqsirli bilinib.

Bu barədə Tbilisi Şəhər Məhkəməsi hökm çıxarıb.

Qərara əsasən, 33 yaşlı soydaşımız 20 il müddətinə azadlıqdan məhrum edilib.

Son sözlə çıxış edən R.Mursaqulov Ş.Brukun məhkəmədə iştirak edən ailə üzvlərindən üzr istəyib.

Qeyd edək ki, Ş.Bruk ötən ilin iyulun 30-da itkin düşüb. O, bir ildən çox müddətdə Batumidə ingilis dili pedaqoqu işləyib və Tbilisiyə istirahətə yollanıb. Qadının meyiti növbəti gün Tbilisidə Mtatsminda dağının yamacında aşkarlanıb. Əcnəbi vətəndaşa soyuq silahla 13 dəfə xəsarət yetirildiyi müəyyən edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN