booked.netbooked.net booked.net  

 

Qara dəniz və Xəzər dənizi Ölkələri Hüquqşünasları Assosiasiyasının və Rusiya hökuməti yanında Qanunvericlik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “Cinayət hüququ və Əxlaq” mövzusunda beynəlxalq konfrans...

"Təzadlar" (tezadlar.az) xatırladır ki, sentyabrın 29-da Moskvada Qara dəniz və Xəzər dənizi Ölkələri Hüquqşünasları Assosiasiyasının və Rusiya hökuməti yanında Qanunvericlik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “Cinayət hüququ və Əxlaq” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.



Tədbirin əvvəlində Rusiya hökuməti yanında Qanunvericlik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Taliya Xabriyeva çıxış edərək hüquq sahəsində çoxillik elmi və ictimai fəaliyyətinə görə hüquq elmləri doktoru, professor İlham Rəhimova rəhbəri olduğu institun “Fəxri professoru” adına layiq görüldüyünü qeyd edərək ona xüsusi mükafatı təqdim edib. 
Professor İlham Rəhimov ona göstərilən bu yüksək etimada görə instituta və onun rəhbəri akademik Taliya Xabriyevaya minnətdarlıq edərək gələcəkdə də bu elm ocağı ilə səmərəli əməkdaşlıq edəcəyinə əminliyini vurğulayıb.



Tədbirdə çıxış edən professor İlham Rəhimov cinayət qanunvericiliyi və əxlaq mövzusuna toxunub. Daha sonra o, dinin cinayət qanunvericiliyinin formalaşmasına təsiri barədə danışıb. Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev və Rusiya Federasiyasının Ədliyyə nazirinin müavini Yevgeni Zaberçuk isə konfransda onlayn formatda çıxış ediblər.



Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Aleksandr Narışkin konfrans iştirakçılarını onlayn formatda təbrik edib. Rusiya Federasiyasının Daxili İşlər nazirinin müavini İqor Zubov daxili işlər naziri Vladimir Kolokolçevin, Rusiya Federasiyası Baş prokurorunun müavini Yuri Ponamoryov baş prokuror İqor Krasnovun və Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Taliya Xabriyeva Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Azər Cəfərovun salamlarını konfrans iştirakçılarına çatdırıb.



Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin çıxışında professor İlham Rəhimovun müəllifi olduğu “Cəzanın əxlaqiliyi haqqında” kitabından söz açaraq əsərdə müəllif tərəfindən bu mövzunun geniş şəkildə araşdırıldığını qeyd edib. A.Bastrıkin, həmçinin öz çıxışında gənc nəslin tərbiyəsi məsələsində təhsil sistemində olan çatışmazalıqlardan söz açıb və mövcud problemlə bağlı televiziya kanallarını ciddi tənqid edib. Digər çıxışçılar da mövzu ilə bağlı öz fikirlərini konfrans iştirakçılarının diqqətinə çatdırıblar və burada səslənən təkliflərin gələcəkdə dövlətlərin milli qanunvericiliyində yer alacağına ümid etdiklərini bildiriblər. Konfrans öz işini seksiyalar və dəyirmi masalarda davam etdirib. 
Tədbir çərçivəsində professor İlham Rəhimov “Rossiya” telekanalına konfransla bağlı müsahibə verib.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN