booked.netbooked.net booked.net  

Xəbər verildiyi kimi, Ermənistanı hər növ silah-sursatla təmin edən və sözdə Azərbaycanı dəstəklədiyini iddia edən İran rejimi Azərbaycanla sərhədə artilleriya qurğuları və zirehli texnika daşıyır.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, Qaraziyəddin yolu adlanan ərazidə çəkilmiş görüntülərdə çox sayda artilleriya qurğusunun qoşqu vasitəsilə daşındığı əksini tapıb. Həmçinin ərazidə cəmləşmiş çox sayda tank və digər zirehli texnikalar yük maşınları vasitəsilə Azərbaycanla sərhədə daşınır.

Son zamanlar İranın Azərbaycana qarşı qeyri-adi davranışları narahatlıq doğurur. Ermənistana qanunsuz yük daşıyan İran maşınlarının söz-söhbəti qurtamamış, Azərbaycana qarşı heç də qonşuluq prinsipinə uyğun gəlməyən faktlar ortaya çıxır. Azərbaycanın haqlı iradlarına cavab verən İran rəsmiləri Azərbaycanla dost və qardaşlıq münasibətdə olduğunu bəyan etsələr də, əməldə tam bunun əksi olan siyasət yürüdürlər. Bu cür siyasətin arxasında hansı məqsədlər gizləndiyi məlum deyil. Üzdə bizə özünü dost göstərən, faktiki olaraq isə bizə düşmən münasibət bəsləməyi necə başa düşək? Bu cür düşmən münasibəti hətta bəzi İran deputatları də açıq-aydın bəyan ediblər. Lap bu yaxınlarda  Vəli İsmaili adlı deputatın Azərbaycana xox gəlməsindən yazmşıdıq. Zaman-zaman bu cür “hədələrin” və qeyri adekvat hərəkətlərin  şahidi oluruq.

İndi İranın Azərbaycanla sərhədə hərbi texnika cəmləməsini necə başa düşək? İran bizimlə müharibə etməyə hazırlaşır? Ermənilər kimi iranlılar da müharibədəki qələbəmizi həzm edə bilmir ? Открыть видео с очаровательными телками можно по прямой ссылке , которая указана тут

Təsadüfi deyil ki, bu gün Milli Məclisdə İranın Azərbaycana qarşı qeyri-səmimi siyasətindən danışılıb. Deputat Fazil Mustafa bildirib ki, Azərbaycanda beşinci kolon deyəndə hamı üzünü şimala tutur (Rusiya). Halbuki beşinci kolonun nümayəndələri həm də İrana bağlı qurumlardır.Azərbaycanda İranın casus şəbəkəsi fəaliyyət göstərir.

“Bu, həm də səhiyyədə, təhsildə olan problemlərin, bəzi məmurların səriştəsizliyinin nəticəsidir. Təklif edirəm ki, Azərbaycanda din adı altında siyasət yürüdənlərlə bağlı qanunlara müddəalar əlavə edilsin”, - deyə F.Mustafa əlavə edib.

Deputat qeyd edib ki, bəziləri çadra altına girərək Azərbaycana qarşı fəaliyyət göstərirlər.

Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN