booked.netbooked.net booked.net  

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 5-də parlamentdə hökumət saatında ölkənin keçmiş prezidentləri Robert Koçaryanla Serj Sarksyanı tənqid edib, məhz onların Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını deyib.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, Paşinyan bu gün – oktyabrın 6-da Çexiya paytaxtında Avropa Siyasi Birliyinin sammitinə qatılacağını, Azərbaycan, Fransa prezidentləri və Aİ Şurasının sədrilyə dördtərəfli görüşün keçiriləcəyəni deyib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüş planlaşdırıldığını sözlərinə əlavə edib. Paşinyanın təhlilinə görə, son dövrün diplomatik işi Ermənistan üçün irəliləməyə müəyyən yol cızıb və o, siyasi çoxluqla birlikdə bu yolla getməyə hazırlaşır. O, son müsahibəsində elan etdiyi prinsiplər əsasında sülh gündəmini təsdiqlədiyini söyləyib. Sözügedən yolun istiqamətlərinə gəlincə, birinci məsələ ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır. Bu halda Qarabağın taleyinə gəlincə, Paşinyan ikinci istiqaməti göstərib: “Hesab edirəm ki, Dağlıq Qarabağla Azərbaycan arasında danışığın başlaması üçün müəyyən məkan var. Bu iki istiqamət təməl məna daşıyır”.

Paşinyan Ermənistan hakimiyyətinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ittihamlarına cavab verib. O deyib ki, ikinci prezident Robert Koçaryan və keçmiş xarici işlər naziri Vardan Oskanyan öz qərarları ilə Dağlıq Qarabağı Azərbaycanın tərkibində tanıyıblar.

Onun sözlərinə görə, Ermənistan 1998-ci ildə Qarabağı danışıqlar prosesindən çıxarmaq və 1999-cu ildə ATƏT-də təhlükəsizlik üzrə İstanbul xartiyasını ratifikasiya etməyə qərar verməklə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. 

Azərbaycan isə 44 günlük müharibə ilə Ermənistanın bütün feyk iddialarını bir kənara atıb, yeni reallığa könül verdi... Ermənistanın isə bir yolu qalıb: sülh sazişini imzalamaq!

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN