booked.netbooked.net booked.net  

Ukrayna məhkəməsi sensasion qərar qəbul edib...

Belə ki, məhkəmə Saakaşvilinin Gürcüstandan Ukraynaya köçürülməsi barədə qərar qəbul edib. Qərara əsasən, o, zərərçəkmiş şəxs qismində dindirilməlidir. 24News.ge xəbər verir ki, bu barədə jurnalistlərə Saakaşvilinin vəkili Şalva Xaçapuridze məlumat verib. Vəkilin sözlərinə görə, Ukrayna Ədliyyə Nazirliyi sözügedən qərarı Gürcüstana göndərəcək, bundan sonra Saakaşvilinin şahid qismində təhvil verilib-verilməməsi Gürcüstanın öz işi olacaq. Bundan əlavə, Xaçapuridze bildirib ki, Ukrayna məhkəməsinin Gürcüstanda Saakaşviliyə qarşı qeyri-insani rəftar faktlarına baxdığı barədə məlumatlar həqiqətə uyğun deyil və bu faktla bağlı məhkəmə, Ukraynanın özündə araşdırmaya başlayacaq.

Lakin hələki Gürcüstanın Ədliyyə Nazirliyi bu qərara münasibət bildirməyib... Ölkənin siyasi hakimiyyəti isı uzun müddətdir beynəlxalq təzyiq və xahişlərə baxmayaraq Saakaşvilinin azad edilməsində maraqlı olmayıb.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN