Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Ordusu hazırkı müdafiə əməliyyatı çərçivəsində Ukraynanın cənubunda kifayət qədər sürətli və güclü hərəkat həyata keçirir - bir həftə ərzində onlarla yaşayış məntəqəsi azad edilib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi videomüraciətində danışıb. Onun sözlərinə görə, təkcə bu həftə onlarla yaşayış məntəqəsi artıq Rusiyanın “psevdoreferendumundan azad edilib”: “Bu, Xerson, Xarkov, Luqansk və Donetsk vilayətlərində baş verib”. V.Zelenski xatırladıb ki, Xerson vilayətində Lyubimovka, Xreşenivka, Zolotaya Balka, Belyaevka, Ukrainka, Bolşaya və Malaya Aleksandrovka və Davidov Brod yaşayış məntəqələri azad edilib: “Bu heç də tam siyahı deyil... Döyüşçülərimiz dayanmır. İşğalçını bütün torpaqlarımızdan qovmağımız sadəcə zaman məsələsidir”, - deyə Zelenski bildirib.

Döyüşlər isə davam edir.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN