Xəbər verdiyimiz kimi, iki gündür ermənilər Xankəndidə mitinqlərə başlayıb...

Bəhanələri də budur ki, onlar qondarma "DQR" arzularının üstündən qara xətt çəkdiyinə görə Paşinyan xəyanətkardır, o, istefa verməlidir və s.
Bəs sülh müqaviləsinin imzalanmasl ərəfəsində erməniləri Rusiya sülhməramlılarını mitinqlərə çıxardan kimdir, yaxud kimlərdir? Bu sual həm də Gürcüstanda narahatlıq doğurmaqdadır. Orada da hesab edirlər ki, bu işdə Fransanın, İranın və Rusiyanın əli var.. "Paşinyan Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalmağa hazırlaşır, narahat olan isə Rusiyadır, Putindir, İrandır".  Bu barədı siyasi 
təhlilçi Xəlil Nuri qeyd edib Ki, Rusiya Ukraynada sərt divarla qarşılaşdığı üçün, Qarabağ məsləsində 2020-ci ilin sentyabr-oktyabr aylarındakı kimi qoçuluq edə bilmir: "Hazırda Rusiyanın gücü Qarabağda yaşayan erməniləri mitinqə çığarmağa çatır. Daha böyük provakasiyalar etməyə çalışacağına əminəm. Putin hələ ki, Paşinyanı sıxışdırmağa çalışır. İndi anlayırsınızmı ki, 30 ildir Azərbaycan torpağını işğal etdirən, işğal altından saxlayan kimdir? Gürcüstan torpaqlarını işğal edən, işğalda saxlayan kimdir? Bu səbəbdən 30 ildir eyni sözü deyirik: hər hansı savaşda Rusiyanın tərəfini saxlayan, onun güclənməsini istəyən bilərək və ya bilməyərək vətən xaini kimi davranır. Keçmiş SSRİ dövlətlərinin azad və firəvan yaşamasının tək yolu Rusiyanın zəifləməsi hətta dağılmasından asılıdır".

 Beləliklə, Azərbaycanın qədim Xankəndi şəhərindı məskunlaşmış Ermənilər neçə gündür gündəm yaratmaq və diqqəti öz üzərlərinə cəlb etmək məqsədi ilə etiraz aksiyası keçirirlər. Onlar yenidən 1988-ci ildəki kimi özlərinə müstəqil dövlət yaratmaq arzularını gizlətmirlər. Amma əbəs. Ermənilər 2020-ci ilin sentyabr ayının 27-dən başlamış və Ermənistanın təslim olması ilə nəticələnmiş Zəfər qələbəmizi doğrudanmı unudublar? 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN