...Saakaşvilinin Yeni İl ərəfəsində azad edilməsi üçün bütün tərəfdaşları qüvvələrini səfərbər edib...

Eks prezidentin azadlığı tələbi ilə keçirilən kütləvi aclıq aksiyasında bir neçə şəxsin isə halı pisləşib. "Təzadlar" "TV Pirveli" kanalına istinadla bildirir ki, halı pisləşən şəxslər üçün, təcili tibbi yardım briqadası çağırılıb. Onları müayinə edən həkimlərin tövsiyyəsi əsasında 2 nəfər aclıq aksiyasını dayandırıb. Onlardan biri hazırda xəstəxanadadır. Xatırladaq ki, Mixeil Saakaşvilinin azadlığı tələbi ilə "Vahid Milli Hərəkat" partiyasının mərkəzi ofisi qarşısında 5 gündür kütləvi aclıq aksiyası keçirilir. Hazırda ofis qarşısında 12 çadır qurulub və aclıq aksiyası keçirənlərin sayının 200-dən artıq olduğu bildirilir.

Siyasi hakimiyyət isə hələki reaksiya vermir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN