Xəbər vermişdik ki, Ukraynada “Azov” könüllülər polkunun döyüşçüləri Rusiya generalını məhv ediblər. Həmin generalın paqonu və meyitinin fotosu da yayımlanmışdı...

"Təzadlar" Ukrayna mediasına istinadla bildirir ki, məhv edilən və ötən gün meyitinin fotosu yayılan Rusiya generalının kimliyi məlum olub. Sosial mediada generalın Rusiya ordusunun Ukraynada döyüşən 15-ci motoatıcı diviziyasının komandiri Oleq Mityayev olduğu haqda məlumat yayılıb. Və həmin generalın fotosu da paylaşılıb. Ukraynalı hərbi jurnalist Andrey Sapliyenko isə özünün tvitter səhifəsində həmin diviziyanın Ukraynaya hərbi təcavüz üçün yeni formalaşdırıldığını bildirib. Onun formalaşdırılması 2014-cü ildə Cənub Hərbi Dairəsindən başlayıb, 2018-ci ildə diviziya artıq hücum fəaliyyətlərinə hazır imiş və Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayanda döyüşə girib.  

 Jurnalist onu da əlavə edib ki, Oleq Mityayev Rusiya ordusunun Ukraynada məhv edilən və öldürüldüyü rəsmən təsdiqlənən sayca 4-cü generalıdır. Daha bir generalın - “kadırovçuların” komandiri olan Maqomed Tuşayevin də Kiyev ətrafında məhv edildiyi bildirilir, amma hələlik bu haqda təsdiqecidi fakt məlum deyil. O cümlədən Rusiya ordusu bir neçə polkovniki və çoxsaylı digər yüksək rütbəli zabitlərini də itirib.

Müharibə isə davam edir...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN