booked.net booked.net  

Bu gün dünyanın ən qabaqcıl təhsil müəssisələrinin sırasında "Oxford College Language & Business school"un adı ön sıralarda gedir... 

Bu təhsil müəssisəsi dil, xaricdə təhsil və beynəlxalq sertifikatlara hazırlıq (IELTS, TOEFL) üzrə ixtisaslaşmış şirkətdir.
Xatırladırıq ki, adı çəkilən təhsil mərkəzinin xətti ilə Türkiyə universitetlərinə tələbələr göndərilir və onların dünya standartlarına uyğun təhsil almasına və yüksək bilik qazanmasına dəstək verilir. Təhsil Mərkəzinin ən ümdə təhsil ocaqlarından biri isə Türkiyədəki Fənərbaxça Universitetidir. Adı çəkilən universitet təkcə Fənərbaxça idman klubunun şəbəkəsinə daxil deyil, tələbələr burada idmanın bütün növlərində gücünü sınayır, eləcə də  burada təhsil alan tələbələr ən yüksək dünyəvi biliyə malik olurlar. Burada iqtisadiyyat, tibb, kompüter mühəndisliyi, biznes və sair ixtisaslara da yiyələnirlər. Ən vacibi, tələbələr xarici dilləri mükəmməl yiyələnə bilmək imkanına malikdirlər. Sevindirici haldır ki, universitetdə xeyli Azərbaycanlı tələbələr təhsil alırlar.
Bu gün "Təzadlar"ın əməkdaşı universitetin tanınmış professoru Osman bəylə geniş və çox maraqlı müsahibə götürüb, tezliklə təqdim ediləcəlk.

Maraqlısı budur ki, Osman bəyin doktorluq dissertasiyası da məhz xarici tələbələrin davranış psixologiyasına həsr edilib.

***
Xatırladırıq ki,
 "Oxford College Language & Business school" 2016-cı ildə fəaliyyətə başlamışdır. 40 nəfərdən ibarət komandada təcrübəli, təhsilini həm ölkə daxilində, həm də ölkə xaricində almış, xarici sertifikatlara malik peşəkar müəllimlər təşkil edir. Tələbələrin isə əksəriyyətini yuxarı sinif məktəb şagirdləri, müxtəlif universitetlərin bakalavr, magistr tələbələri və həmçinin xaricdə yaşamaq, təhsilini orada davam etdirmək niyyətində olan şəxslər təşkil edir.

Elçin MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA