booked.netbooked.net booked.net  

Sankt-Peterburqda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsi anılıb.

18 sentyabr - Milli Musiqi Günü münasibəti ilə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov və diplomatlar dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyan bağda olublar.

Xatırladaq ki, Rusiyanın şimal paytaxtının Bəstəkarlar küçəsində yerləşən bu bağda Heydər Əliyev Fondunun və Sankt-Peterburq hökumətinin dəstəyi ilə Üzeyir Hacıbəylinin abidəsi qoyulacaq. Bu ilin yanvar ayında abidənin təməl daşı qoyulub.

Baş konsul Sultan Qasımov və konsulluğun əməkdaşları dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsini yad edib, təməl daşının önünə çiçəklər qoyublar.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN