booked.net booked.net  

Dünən Azərbaycan Yazıçılar Birliyinin 8-ci qurultayı baş tutdu... Dünəndən sosial mediada yazıçı ANAR-ın yenidən AYB-yə sədr seçilməsi sərt tənqid edilir... Bu gün isə məlum oldu ki, tənqidçi çıxışları ilə diqqəti çəkən AYB üzvü Mehman Qaraxanoğlu Azərbaycan Yazıçılar Birliyindəki üzvlükdən imtina edib. Qaraxanoğlu bu addımını özünün feysbuk səhifəsində bəyan edib və hərəkətini sərt formada belə əsaslandırıb. Sitat: “Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında rəzilliklər, ləçərliklər, simasızlıqlar, avtoritar oyunbazlıqlar, planlaşdırılmış maskaradlar, ədəbi diktatura yaratmaq çabaları, demokratik fikirli istedadlara qarşı gizli sövdələşmələr və proletar təfəkkürünə amansız qayıdışı, milli-tarixi yaddaşın qəddarlıqla qapadılmasını səciyyələndirən əsas cəhədlər idi. Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir... Bütün bunlara etiraz olaraq qurumun üzvlüyündən imtina edirəm”.
Qeyd edərək ki, bunun ardınca Cənublu yazar Ümid Najjarinin də AYB üzvlüyündən imtina etdiyi barədə məlumat paylaşılıb.
Ümumiyyətlə, açıq desək, son 10-15 il olar, Azərbaycan Yazıçılar Birliyinə üzvlüyü xaos bürüyüb və özünə hansısa bir mətbəədə kitabça buraxdıranların AYB üzvlüyünü görəndə təəccüblənməyə bilmirik. Bir sözlə, Azərbaycan Yazıçılar Birliyinə üzvlüyü Azərbaycan Jurnalistlər Birliyinin üzvlüyünə döndəriblər.
A.Məmmədli 
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA