booked.net booked.net  

Azərbaycanın “Xalq yazıçısı” Anar (Anar Rəsul oğlu Rzayev) AYB-nin XIII qurultayında  keçirilən səsvermə nəticəsində növbəti müddətə AYB sədri seçilib.

O, bu vəzifədə artıq 30 ildən artıqdır ki, fəaliyyət göstərir.

Xatırladaq ki, yazıçı 1938-ci ildə Bakı şəhərində anadan olub. O, 1955-ci ildə orta məktəbi gümüş medalla bitirərək Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsinə daxil olmuşdur.

Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilir.

1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. O, MM-in Mədəniyyət Komissiyasının sədri,1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur.

Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.

Qeyd edək ki, Anarın əsərləri və ssenariləri əsasında yadda qalan və sevilən çoxlu sayda filmlər çəkilmişdir.  

 

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA