booked.netbooked.net booked.net  

Ötən gün Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni, bəstəkar Leyla Rəcəb qızı Şəripova vəfat edib.

 TEZADLAR.AZ xəbər verir ki, bu haqda Tacikistan mediası məlumat yayıb.

94 yaşlı bəstəkarın Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişdiyi bildirilib. 

Qeyd edək ki, Leyla Şəripova (Şərifi) 28 yanvar 1930-cu ildə doğulub.

 Şaripovanın atası İzmirli türk olub və Sovet Azərbaycanında ticarətlə məşğul olub, anası isə İran azərbaycanlısı olub. Qızları dünyaya gələndən qısa müddət sonra ailə İranın Məşhəd şəhərinə köçür və Leyla Şəripova orada böyüyür.

O, İranın islahatçı baş naziri Məhəmməd Musaddiqin tərəfdarı ilə ailə hayatı qurur. 1953-cü ildə Musaddiqin devrilməsi ilə nəticələnən çevrilişdən sonra gənc cütlük Tacikistan SSR-yə köçür və bir daha İrana qayıtmırlar.

 Düşənbədə Şaripova dövlət radiosunda fars proqramlarında diktor işləməyə dəvət olunur. Musiqi fakültəsində təhsil aldıqdan sonra bir müddət solist kimi fəaliyyət göstərir. 1978-ci ildə həyat yoldaşının yeni vəzifəyə təyin olunması ilə əlaqədar Bakıya köçür və 1980-ci ildən Azərbaycan televiziya və radiosunun aparıcı solisti olub.

Xatırladaq ki, Şaripova bütün musiqi karyerası ərzində Tacikistan radiosunun xalq çalğı alətləri ansamblı, Yevgeni Jivayevin rəhbərliyi ilə Özbəkistan Televiziya və Radiosunun ansamblı, Adil Bağırovun rəhbərliyi altında “Xatirə” Azərbaycan xalq çalğı alətləri ansamblı və Gülarə Əliyevanın rəhbərliyi ilə “Dan ulduzu” ansamblı ilə əməkdaşlıq edib.

Onun repertuarında dünyanın müxtəlif xalqlarının - türk, əfqan, Azərbaycan, türkmən, ərəb, fars, özbək və ispan mahnıları var.

Leyla Şaripovanın ifaları ürəkdən gələn lirizm, emosionallıq və ifadəliliyi ilə seçilir, müğənninin məharəti, incə vokal mədəniyyəti dinləyicilərin məhəbbətini qazanıb.

Şaripovanı daha çox "Şərqin bülbülü" adlandırılıb. O həm də  şair və bəstəkardır - 10-dan çox mahnının sözlərinin müəllifidir və iki farsca mahnının - “Qara gözlər”, “Badam çiçəyi”nin söz və musiqilərinin müəllifidir. O, 1965-ci ildə Tacikistan SSR xalq artisti, 1977-ci ildə isə Azərbaycan SSR xalq artisti adına layiq görülüb.

1982-ci ildə Şaripovanın əri xərçəng xəstəliyindən dünyasını dəyişir. 1985-ci ildə müğənni SSRİ-ni tərk edərək Almaniyanın Düsseldorf şəhərində məskunlaşır və orada da vəfat edir.

 Y.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN