booked.netbooked.net booked.net  

“Gürcüstanda qripə yoluxma halları yenidən artıb və bu il xəstələrin əksəriyyətində “Honq Konq qripi” aşkarlanıb”.

TEZADLAR.AZ AzərTac-a istinadən  xəbər verir ki, bu barədə Tbilisi İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının nümayəndəsi İvane Çxaidze məlumat verib.

Onun sözlərinə görə, hazırda ölkədə H3N2 virusu yayılmaqdadır. Bununla yanaşı H1N1 virusu da təhlükə yaradır.

İ.Çxaidze deyib ki, bu il Gürcüstanda qripin yayılması çox erkən başlayıb. Həkimlər dekabr-yanvar aylarında “omikron” koronavirus ştamının yayılması ilə eyni vaxtda qripə yoluxma hallarının pik səviyyəsini gözləyirlər. Həkimlər xəbərdarlıq edir ki, qrip və koronavirusun müalicə rejimi fərqlidir, ona görə də əvvəlcədən düzgün diaqnozun qoyulması çox vacibdir.

Qripin bu il əksər hallarda, xüsusən də kiçik uşaqlarda “omikron”dan daha çətin olacağı proqnozlaşdırılır.

“Son illər ərzində həyata keçirilən məhdudiyyətlər və epidemiya əleyhinə tədbirlər əhali arasında qripə qarşı immuniteti olan təbəqəni praktiki olaraq aradan qaldırıb. İndi çox az adamda antitel var. Qripə yoluxma hallarının pandemiyadan əvvəlki dövrlə müqayisədə daha çox olacağı gözlənilir”, – deyə Çxaidze vurğulayıb.

Bildirilib ki, həm qrip, həm də “omikron” üçün risk qrupları eynidir. Belə ki, yaşı 65-dən yuxarı olanlar, iki yaşa qədər uşaqlar, hamilə qadınlar və xroniki bronxopulmoner xəstələr, ürək, böyrək, qan xəstəlikləri, endokrin və metabolik pozğunluqları olan insanlar yüksək risk qrupuna aiddirlər.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN