booked.netbooked.net booked.net  

İnfeksionist koronavirusun bitəcəyi tarixin proqnozunu verib: Virusa 4-5 il lazımdır ki…

Rusiyalı infeksionist Yevgeni Timakov hesab edir ki, koronavirus pandemiyası bir və ya iki ilə başa çata bilər.

"Bir-iki ildən tez, pandemiya bitməyəcək. Virusa adaptasiya olunmaq, sabit mutasiyalar əldə etməkdən ötrü 4-5 il lazımdır. Üç il aktiv proses və iki il adaptasiya (uyğunlaşma). Biz üç il aktiv prosesi keçdik, indi adaptasiya gedir, yeni xətlər görünməsə, cəmi bir-iki il çəkəcək”, - deyə mütəxəssis paylaşıb.

Həkim vurğulayıb ki, əgər insanın immun sistemi ciddi şəkildə zəifləsə, yeni koronavirus xətləri yarana bilər.

O, həmçinin əlavə edib ki, hazırda koronavirus "tipik ORVİ"yə çevrilib.

Qeyd edək ki, dünyada koronavirusa həm yoluxma sayı azalıb, həm də xəstəliyin ağırlıq dərəcəsi zəifləyib. Ölkəmizdə də hələ də koronavurusa yoluxma halları var. İndiyədək əhalinin 827667 nəfəri koronavirusa yoluxub. Onlardan 817314 nəfəri sağalıb. Hazırda aktiv koronavirus xəstəsi cəmi 285 nəfərdir.

Xatırladaq ki, son vaxtlar, ölkədə uşaqlar və böyüklər arasında ağır simptomları olan qızdırmalı qrip xəstəliyi də yayılıb.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN