booked.netbooked.net booked.net  

Məlum olub ki, hər dörd  isveçlidən biri tənhalıqdan əziyyət çəkir...

İsveçin İctimai Səhiyyə İdarəsinin statistikası göstərir ki, ölkədə gənc insanlar tənhalıqdan əziyyət çəkirlər, xüsusən də kişilər bu hissi qadınlara nisbətən daha çox keçirirlər.

Ölkənin İctimai Səhiyyə İdarəsi tərəfindən 2022-ci il üçün aparılan sorğunun nəticələri bunu sübut edir. Qurum bu cür sorğuları iki ildən bir keçirir.

“Oğlanların və kişilərin necə olmaları ilə bağlı kifayət qədər ciddi standartlar mövcuddur. Bu standartların bir hissəsi ondan ibarətdir ki, onlar öz hissləri barədə danışmamalıdır. Statistikaya görə, qadınlar psixi xəstəliklərlə bağlı kömək üçün daha çox müraciət edirlər”, - deyə İctimai Səhiyyə İdarəsinin tədqiqatçısı Hillevi Buş qeyd edir. Onun sözlərinə görə, yaşı 16-dan 29-dək olan respondentlərin 27 faizi təsdiqləyirlər ki, onların öz fikirlərini bölüşəcəyi və ya etibar edəcəyi insan yoxdur.

Mütəxəssislər tənhalığı üç hissəyə ayırırlar. Sosial tənhalıq hansısa sosial qrupa mənsubluğun olmaması ilə bağlıdır. Emosional tənhalıq ondan əmələ gəlir ki, ən məhrəm fikir və hissləri bölüşmək üçün heç kim yoxdur. Eksiztensional tənhalıq isə ətrafdakıların sənə qarşı anlayışının olmamasına əsaslanıb.

İctimai Səhiyyə İdarəsi isveçlilərin tənhalıq problemini hökumətin tapşırığı ilə araşdırır. Tədqiqatın nəticələrinə görə, tənhalıqla bağlı xüsusi strategiya 2025-ci ilin fevralında işlənib hazırlanacaq.

Hillevi Buşun sözlərinə görə, tənhalıq həm fiziki, həm də psixi xəstəliklə əlaqədar ola bilər. O, depressiya və təşvişə, eləcə də orqanizmin uzun müddət stresə məruz qaldığı təqdirdə ürək-damar xəstəliklərinə gətirib çıxara bilər.

Ekspert qeyd edir ki, tənhalıq hissi Milad və Yeni il kimi bayramlarda daha təsirli və məşəqqətli ola bilər (AZƏRTAC).

TEZADLAR.AZ xatırladır ki, Ümumdünya Xoşbəxtlik Hesabatına görə, İsveç dünyanın xoşbəxt ölkələri sırasındadır.

Belə ki, "World Happiness Report" reytinqinə əsasən, İsveç 2023-cü ildə dünyanın ən xoşbəxt ölkələri siyahısında onluğa düşərək  - 6-cı yerdə qərarlaşıb.

1. Finlandiya

2. Danimarka

3. İslandiya

4. İsrail

5. Hollandiya

6. İsveç

7. Norveç

8. İsveçrə

9. Lüksemburq

10. Yeni Zelandiya

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN