booked.netbooked.net booked.net  

Aİ ölkələri 4 milyard avro dəyərində ən azı 215 milyon doza COVID-19 peyvəndini yararsızlığına görə məhv edib.

Bu barədə “Politico” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, 1,5 milyard dozadan artıq peyvənd istehsal edilməsi "onların bir çoxunun qitə boyu zibilxanalara düşməsinə səbəb olub".

Xatırladaq ki, Brüssel ABŞ-ın Pfizer şirkəti və Almaniyanın BioNTech şirkəti ilə 1,1 milyard dozanın tədarükü üçün ən böyük müqavilələri imzaladığı 2021-ci ildə - pandemiyanın ən qızğın çağında əhəmiyyətli sayda tələb olunmamış vaksinlər alınıb.

“Politico”nun vurğuladığı kimi, "tələbin azalması və logistika problemləri səbəbindən artıq peyvənd dozalarını üçüncü ölkələrə köçürmək cəhdləri problemli olmuşdur."

 Onu da əlavə edək ki, koronavirusun ən qızğın vaxtlarında, hansı ki, insanların çoxunun peyvənd olmaması səbəbindən dünyasını dəyişdiyi deyilirdi, bir çox kasıb, inkişaf etməmiş ölkələr lazım olan qədər doz peyvənd ala bilmirdi. Və əslində, o zaman dünyada "peyvənd müharibəsi" gedirdi. Hansı ki, bu gün həmin peyvəndi çoxluğundan Aİ-də zibilxanaya tökəsi oldular...

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN