booked.netbooked.net booked.net  

Almaniyanın “CureVac” şirkətinin koronavirus vaksininin təhlil nəticələri

onun effektivliyinin cəmi 47 % olduğunu göstərib.

RiaNovosti bu barədə şirkətin mətbuat xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, təxminən 40 000 könüllü üzərində aparılan testlərdən sonra bu qənaətə gəlinib. Şirkət peyvəndin əvvəllər müəyyən edilmiş statistik müvəffəqiyyət meyarına cavab vermədiyini vurğulayıb.

Qeyd edək ki, təhlil nəticələrinin heç də ürəkaçan olmamasına baxmayaraq, "CureVac" şirkəti peyvəndin effektivliyi barədə məlumatların Avropa Dərman Agentliyinə (EMA) təqdim edildiyini və araşdırmanın son təhlilə qədər davam edəcəyini də bildirib. 

Daha əvvəl isə “CureVac”  Avropa Komissiyası ilə Avropa İttifaqı ölkələrinə perspektivli mərkəzləşdirilmiş peyvənd tədarükünə dair müqavilə  imzalayıb. Həmçinin şirkət 2022-ci ildə bir milyard doza qədər koronavirus peyvəndi buraxmağı planlaşdırdığını da elan etmişdi.

Sözügedən şirkət 2020-ci ilin sonunda klinik sınaqların son mərhələlərinə başlayıb. Və peyvəndin bazara çıxarılacağı təqdirdə  Almaniyanın Tübingen şəhərində istehsal ediləcəyi bildirilirdi.

Göründüyü kimi, almanlar  “CureVac”la bağlı gözlənilən nəticəni əldə etməsələr də, təhlillərin yenə də davam edəcəyində israrlıdırlar.   

Yasəmən Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN