booked.netbooked.net booked.net  

 Eldəniz Səlimovun nümunəsi göstərdi ki, qanun qarşısında pul da, vəzifə də acizdir

Milli Məclisin artıq sabiq deputatı Eldəniz Səlimovun lotuyana hərəkətinə, nəhayət, son qoyuldu. Bu insan görün nə qədər harınlamışdısa, özünün səs verib, qəbul etdiyi qanunu icra edən hüquq-mühafizə orqanının əməkdaşını, polis nəfəri Zaur Mirzəyevi döymək cəsarəti tapdı. Kim idi ona bu gücü, cəsarəti verən? Artıq mətbuatda da adı hallanır ki, E.Səlimov Ramiz Mehdiyevin kadrlarındandır.

Əgər E.Səliovun ağlı, düşüncəsi yetərincə olsaydı, Ramiz Mehdiyev vəzifədən uzaqlaşdırılandan sonra o, əjdahaya dönmüş gücünü, cəsarətini dondurub, bir kənara qoymalı idi. Ancaq bacarmadı. Araba kölgəsinin altında həmişə yatmaq olmaz axı...

Məlum olduğu kimi, E.Səlimov iyulun 29-da Xaçmazda yaxın qohumunun “Starıy dvor” adlı restoranında yaxşı yeyib-içib. Karantin qaydalarına görə bütün məclislər gecə saat 24:00-a qədər başa çatmalıdır. Bu qanunu onun yadına salan polis nəfərini isə, harınlamış deputat qəddarcasına döyüb və ağır bədən xəsarətləri yetirib.

E.Səlimov elə bilirdi ki, həmişə beləcə güclü, cəsarətli olacaq və heç kəs ona “gözün üstə qaşın var” deyə bilməyəcək. Bu insan o qədər harınlayıb ki, qarşısındakının dövlət məmuru olduğunu belə unudub. Onu da unudub ki, həmişə belə fərman verən olmayacaq və necə ki, olmadı. İndi S.Vurğun demiş “dünən fərman verən bu gün can verir”.

E.Səlimov deputat mandatını itirməklə canını qurtarmayacaq. Gedişat göstərir ki, artıq cinayət işi də açılıb və E.Səlimov deputat kürsüsünü həbsxana kürsüsünə dəyişməli olacaq. Biz hüquqi dövlətdə yaşayırıq, cinayət törədən də hüquqi qaydada cəzalanmalıdır və sabiq deputat cəzalanacaq da. E.Səlimovun həbsxanada xeyli vaxtı olacaq ki, törətdiyi əməli yaxşı saf-çürük eləsin. Axı bu necə ola bilər ki, vəzifəsi, səlahiyyəti olan nə istəsə etməlidir? Əgər E.Səlimova belə ciddi cəza verilməsə, onda bu kimi cinayətlərin sayı da arta bilər. Hər vəzifəsi, pulu olan adam qarşısına keçəni əzməlidir ki, onun toxunulmazlığı, vəzifəsi və ya pulu var? E.Səlimovun nümunəsi göstərdi ki, qanun qarşısında pul da, vəzifə də acizdir. Qoy, başqaları da bundan dərs götürsün.

ELÇİN

     

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN