İrəvanla Moskva arasında münasibətlərdə müəyyən problemlər var, tərəflər onların həllinə çalışır.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Əl-Cəzirə televiziya şirkətinə müsahibəsində Mirzoyan bildirib ki, Ermənistan və Rusiya mövcud problemlərin həlli üçün dialoq aparır, onun sözlərinə görə, onların arasında “tam qarşılıqlı anlaşma tələb edən” məsələlər var, - TASS xəbər verir.
Bundan əvvəl Ermənistanın Aİ-dəki səfiri Rusiyanın Qafqazdakı maraqlarına zərbə vurmağı intihar adlandırmışdı.