booked.netbooked.net booked.net  

 

İki-üç gün bundan qabaq  “Təbib”in nümayəndəsi elan elədi ki, koronanın Hindistan ştammı (ştamm sözünün nə olduğunu aydınlaşdırsaq yaxşıdır. Ştamm alman sözüdür. Tərcüməsi təxminən gövdə, növ deməkdir-Ş,Q.) Azərbaycanda hələlik qeydə alınmasa da, amma  virusun bizim ölkəyə də ayaq açacağı ehtimalı çox böyükdür.Qonşu Gürcüstanda, Rusiyada, Qazaxıstanda bu ştamma yoluxunlar qeydə alınıb.

Pin It

Erməni parlamentinin bir üzdəniraq deputatı var: Naira Zoqrabyan. Həftə səkiz, mən doqquz işi-peşəsi həyasızcasına Azərbaycan əleyhinə müxtəlif bəyanatlar yaymaqdır.Yeri gəlmişkən, bu həyasızlıq bütün ermənilərə aiddir.

Pin It

Müdafiə nazirliyinin işğaldan azad olunmuş ərazilərimizdən hər gün yaydığı video süjetləri izlədikcə, insan dəhşətə gəlir. İnsan nə qədər vəhşi, barbar,  insanlara,insanlığa qarşı bu qədər qəddar ola bilər. Daşı daş üstdə qoymayıblar. Dünyada belə vəhşi, barbar və başqa xalqa kin-kidurət bəsləyən bir millət olmayıb.

Pin It

Rusiya paytaxtında koronavirusa yoluxma halları rekord həddə çatıb

Pin It

“Dəmir mandatı olan bir dovşan sadəcə bir dovşandır”- Ermənistanın ikinci prezidenti, "Ermənistan" blokunun lideri, Ermənistanın baş naziri vəzifəsinə namizəd Robert Köçəryan Paşinyan barəsində Taşir sakinləri ilə görüşündə belə deyib.

“Dovşana dəmir, lap elə titandan mandat versəniz də, elə dovşan olaraq qalacaq. Uzaqbaşı, ondan çaxobili hazırlamaq olar, başqa heç nə. Biz vendettanı rədd edir, ədaləti dəstəkləyirik. Ölkənin inkişafına, qurub-yaradılmasına mane olan hər şeyi rədd edirik. Biz ölkənin parçalanmasına qarşı çıxırıq”.

Köçəryan  siyasətə qayıtmaq qərarının onun üçün son dərəcə çətin olduğunu etiraf etdi. “Ancaq düşündüm  ki, mənim kimi təcrübəsi olandan başqa kim ola bilər? Ona görə də ümidim sizlərədir, mənə səs versəniz, peşman olmayacaqsınız!”.

Xatırladaq ki, bu yaxınlarda aktyorluq edən Paşinyan da xalqdan "polad mandat" tələb etmişdi.

Bu tarixi söyüşmələrdəki etikadan kənar sözlərin mənasını izah edək ki, oxucularımız  nigaran qalmasın. Beləliklə:

Dovşan – N, Paşinyan-Şuşada öz dovşanları ilə rəqs edən, Qarabağda minlərlə Azərbaycan əsgərinin qanını tökən, sonda məğlub olub quyruğunu qısıb dəlmə-deşikdən Azərbaycan əleyhinə pafoslu çıxşlar edən;

Dovşanlığa namizəd-R. Köçəryan- Xocalı soyqırımının törədilməsində əli olan,prezidentliyi dövründə işğal altındakı torpaqların sərvətlərini talayıb satan, separatçılara hər zaman dəstək verən, Azərbaycana qarşı törədilən hərbi cinayətlərə rəhbərlik edən.

 Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN