“Dəmir mandatı olan bir dovşan sadəcə bir dovşandır”- Ermənistanın ikinci prezidenti, "Ermənistan" blokunun lideri, Ermənistanın baş naziri vəzifəsinə namizəd Robert Köçəryan Paşinyan barəsində Taşir sakinləri ilə görüşündə belə deyib.
“Dovşana dəmir, lap elə titandan mandat versəniz də, elə dovşan olaraq qalacaq. Uzaqbaşı, ondan çaxobili hazırlamaq olar, başqa heç nə. Biz vendettanı rədd edir, ədaləti dəstəkləyirik. Ölkənin inkişafına, qurub-yaradılmasına mane olan hər şeyi rədd edirik. Biz ölkənin parçalanmasına qarşı çıxırıq”.
Köçəryan siyasətə qayıtmaq qərarının onun üçün son dərəcə çətin olduğunu etiraf etdi. “Ancaq düşündüm ki, mənim kimi təcrübəsi olandan başqa kim ola bilər? Ona görə də ümidim sizlərədir, mənə səs versəniz, peşman olmayacaqsınız!”.
Xatırladaq ki, bu yaxınlarda aktyorluq edən Paşinyan da xalqdan "polad mandat" tələb etmişdi.
Bu tarixi söyüşmələrdəki etikadan kənar sözlərin mənasını izah edək ki, oxucularımız nigaran qalmasın. Beləliklə:
Dovşan – N, Paşinyan-Şuşada öz dovşanları ilə rəqs edən, Qarabağda minlərlə Azərbaycan əsgərinin qanını tökən, sonda məğlub olub quyruğunu qısıb dəlmə-deşikdən Azərbaycan əleyhinə pafoslu çıxşlar edən;
Dovşanlığa namizəd-R. Köçəryan- Xocalı soyqırımının törədilməsində əli olan,prezidentliyi dövründə işğal altındakı torpaqların sərvətlərini talayıb satan, separatçılara hər zaman dəstək verən, Azərbaycana qarşı törədilən hərbi cinayətlərə rəhbərlik edən.
Şakir QURBANOV