booked.netbooked.net booked.net  

MİDA “Güzəştli mənzil” sisteminin DEMO versiyasını istifadəyə verib.

Bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti, eyni zamanda AzTU-da İctimai Şuranın üzvü Osman Gündüz bildirib.  

“Nəhayət ki, MİDA bununla bağlı açıqlamada “Güzəştli mənzil” sistemində 15 – 22 sentyabr 2022-ci il tarixində keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edildiyini bildirib”,- deyə qeyd edib.

 Osman Gündüz vurğulayıb ki, MİDA bu tədbirlərin nədən ibarət olması haqqında məlumat verilməyib.

Ekspert diqqətə çatdırıb ki, cəmiyyəti bununla bağlı narahat edən suallar isə yetərincədir və həmin sualların bəzilərini ünvanlayıb:

 1.Sistemin İT auditi aparılıbmı, kənar müdaxilələrdən qorunma təmin edilibmi? Hansı dövlət və ya özəl qurum sistemin auditini təşkil edib?

 2.Seçim zamanı Botlar və digər proqram təminatlarından istifadə yenə mümkün olacaqmı? DEMO versiyanınn kodları ilə satış modulun kodları dəyişdirilibmi?

3.Onlayn satışdan dərhal sonra seçim prosesinin bütün mərhələlərini əks etdirən data açıqlanacaqmı?

4.Onlayn satış prosesi sosial media və TV -də canlı yayımlanacaqmı?

5.Onlayn satış prosesində şəffaflıq və ictimai nəzarət üçün hansı imkanlar yaradılacaq?

6.Güzəştli mənzil kateqoriyasının genişləndirilməsi nəzərdə tutulubmu?

7.Güzəştli mənzil satışının alternativ üsulları, oflayn formada satış nəzərdə tutulurmu?

***

Qeyd edək ki, bu günlərdə  Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA)  güzəştli mənzillərin satışı haqqında növbəti elan verib. İlk dəfə olaraq rekord sayda- 815 mənzilin onlayn formada satışa çıxarılacağı bildirilib.

Xatırladaq ki, MİDA-nın "Güzəştli mənzil" sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edilib.

Səbəb isə kompüter sistemlərinə və məlumatlarına qanunsuz müdaxilə  edilməsi olub.

Belə ki, Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixdə mənzillərin güzəştli şəkildə satışının həyata keçirildiyi “Güzəştli mənzil” sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Agentlik Dövlət Təhlükəsizliyi Xidmətinə müraciəti edib və  aparılan araşdırmalar nəticəsində Azərbaycan vətəndaşları - E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri müəyyən edilərək saxlanılıblar.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN