booked.netbooked.net booked.net  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə istehsalı olan “Togg” avtomobilinin istehsal ediləcəyi zavodun açılışında iştirak edib.

 Bursadakı zavodun açılışı zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan “Togg” elektrik avtomobilinin sükanı arxasına keçərək onu sınaqdan keçirib.

Türkiyənin ANADOLU agentliyi xəbər verir ki, dövlət başçısı avtomobilin gövdəsi və quraşdırılması işlərinin aparıldığı sexlərlə tanış olub, daha sonra Türkiyə dövlət başçısı və xanımı Əminə Ərdoğan elektromobili sınaqdan keçiriblər.

Sınaqdan sonra prezident Ərdoğan təəssüratlarını bölüşüb, zavod işçiləri və tədbirin qonaqları qarşısında çıxış edib.

“TOGG” Türkiyənin nüfuzlu brendi olaraq dünyanın bir çox ölkələrinin yollarını bəzəyəcək”, - deyə Türkiyə lideri bildirib.

 

TEZADLAR.AZ

  

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN