booked.netbooked.net booked.net  

“Əgər bizdə kiberhücumlar artarsa, infrastruktur dağılırsa, internet tamamilə fəaliyyətini dayandıra bilər.”

Qazaxıstanda nazir insanları internet nasazlıqları aradan qaldırılana qədər  “səbirli olmağa” çağırıb.

Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Bağdat Musin hökumətin iclasından sonra Qazaxıstanda normal internetin nə vaxt olacağı ilə bağlı sualı cavablandırıb.

Bağdat Musin bildirib ki, sentyabrın 29-da Qazaxıstanın infrastrukturuna kütləvi hücum qeydə alınıb.

“Bunun nə üçün olduğunu və haradan gəldiyini araşdırmaq, o cümlədən infrastrukturun təhlükəsizliyinin səviyyəsini yüksəltmək məqsədilə müəyyən işlər aparılır ki, bu zaman müəyyən problemlər yarana bilər”,-  deyə nazir bildirib.

Onun sözlərinə görə, hazırda iş gedir, bəzən texniki problemlər yaranır.

“Biz bütün bunları görürük və yaşayırıq. Sizdən bir az səbirli olmanızı xahiş edirik. Əgər bizdə kiberhücumlar artarsa, infrastruktur dağılırsa, internet tamamilə fəaliyyətini dayandıra bilər. Qüsurlar olacaq. Bütövlükdə, internet indi işləyir. Onun ümumiyyətlə, mövcud olmadığını söyləmək olmaz”, - deyə nazir bildirib.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA