"Microsoft", 'Windows 10 Home" və "Professional" məhsul yükləmə səhifələrində 31 yanvar 2023-cü ilin son satınalma vaxtı olduğunu bildirən bir yazı paylaşıb.

TEZADLAR.AZ-ın Trend-ə istinadən məlumatına görə, məhsul açarlarının satışı dayandırılsa belə , "Microsoft" "Windows 10"-u 14 oktyabr 2025-ci ilə qədər dəstəkləməyə davam edəcək.

"Microsoft"-un bu addımı istifadəçiləri "Windows 11"-ə keçməyə məcbur etmək üçün atdığı güman olunur.

"Windows" səhifəsində "Microsoft"-un qısa təsviri:

“31 yanvar 2023-cü il bu "Windows 10"-un endirilməsinin satış üçün mövcud olduğu son gün olacaq. "Windows 10" 14 oktyabr 2025-ci ilə qədər kompüterinizi viruslardan, casus proqramlardan və digər zərərli proqramlardan qorumağa kömək edən təhlükəsizlik yeniləmələri ilə dəstəklənməyə davam edəcək”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN