booked.netbooked.net booked.net  

Sürücü və piyadaları narahat edən problem həll edildi. Sürücülərin çoxsaylı müraciətindən sonra Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi aidiyyəti dövlət qurumları ilə birgə Neftçilər prospektindən Dövlət Bayraq Meydanı istiqamətində hərəkətin tənzimlənməsi məqsədilə tədbirlər həyata keçirib.
TEZADLAR.AZ NİİM-ə istinadən xəbər verir ki,  Bakı İdman Sarayının yaxınlığında yerləşən piyada keçidi əvvəllər həm sürücülər, həm də piyadalar üçün problem yaradırdı. Bakı İdman Sarayından və yaxınlıqda yerləşən ticarət mərkəzindən çıxan avtomobillər, Neftçilər prospekti istiqamətinə dönən zaman qəfil piyada keçidi ilə qarşılaşırdılar. Nəticədə də piyadalar üçün təhlükəli vəziyyət yaranırdı. Hazırda isə həmin ərazidə fərqli mənzərə yaşanır. Piyadaların və sürücülərin təhlükəsizliyi məqsədilə həmin piyada keçidinin və keçidi tənzimləyən svetoforların yeri Dövlət Bayraq Meydanı istiqamətinə, bir neçə metr irəliyə köçürülüb. Bununla da yolda nəqliyyat axınının daha optimal idarə edilməsi təmin edilib.
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN