booked.netbooked.net booked.net  

NASA-nın InSight missiyasından əldə edilən məlumatlar Qırmızı planetin fırlanma sürətinin indiyə qədər mövcud olan ən dəqiq ölçülməsini təmin edib.

Məlum olub ki, Marsda bir günün uzunluğu planetin fırlanması sürətləndikcə hər il millisaniyənin dörddə üçü qədər qısalır.

Space.com xəbər verir ki, belə nəticələr NASA InSight eniş aparatının təqdim etdiyi məlumatlara əsasən çıxarılıb.

Alimlərə məlumdur ki, Marsda bir sutka adətən 24 saat 37 dəqiqə davam edir. Amma indi günün uzunluğunu dəqiqliklə millisaniyənin bir hissəsinə qədər ölçmək göstərir ki, planetin fırlanma sürəti cüzi miqdarda artır.

Alimləri hələlik bunun izahına malik deyillər, lakin çox güman ki, bu, planetin kütləsinin yenidən bölüşdürülməsi ilə bağlıdır ki, bu da onun fırlanmasına təsir edə bilər.

Mütəxəssislər hesab edirlər ki, bu yenidən bölüşdürülmə Marsın qütb qapaqlarında buzun yığılması ilə bağlı ola bilər.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN