booked.netbooked.net booked.net  

Avropa İttifaqı sanksiyalar məsələsində həmrəydir, qara siyahıya düşən rusların heç biri onlardan kənarda qalmayacaq.

Bunu Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq “Wiener Zeitung” qəzetinə müsahibəsində deyib.

"Sizi əmin edə bilərəm ki, Avropa İttifaqı bu məsələdə həmrəydir, sanksiyalar rejimi dəyişdirilməyəcək. Və fiziki şəxslərə qarşı sanksiyalar da siyahı dəyişdirilmədən uzadılacaq", - diplomat bildirib.

Onun sözlərinə görə, Aİ-RF ilə viza rejiminin sadələşdirilməsi sazişinin müddəti sentyabrın 12-də başa çatacaq. "Bu (müqaviləni dondurmaq qərarı) əslində bazar ertəsindən etibarən qüvvəyə minə bilər", - diplomat bildirib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN