booked.netbooked.net booked.net  

Gürcüstan hakimiyyəti rəsmi şəkildə Avropa yoluna sadiq qaldığını bəyan etsə də, Avropa İttifaqı və NATO-dan əks istiqamətdə irəliləməyə başlayıblar.

Bunu Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov “European Pravda”ya müsahibəsində deyib.

Kasyanov xatırladıb ki, Gürcüstan Aİ-yə namizəd statusu almaq üçün müraciət edib və indi Gürcüstan konstitusiyasında təsbit olunmuş Aİ və NATO-ya daxil olmaq üçün öz prinsipial mövqeyini rəsmən təsdiqləyir.

Qeyd edib ki, Avroatlantik istək Gürcüstan əhalisinin əksəriyyəti tərəfindən dəstəklənir, bunu indiki Gürcüstan hakimiyyəti nə inkar edir, nə də təkzib edir.

“Ancaq əslində fakt olaraq nəyimiz var? Fakt olara o var ki, Aİ və NATO-ya doğru ardıcıl hərəkətini davam etdirən bir ölkə öz siyasətçilərinin açıqlamalarında əks istiqamətə doğru  hərəkət etməyə başlayıb. Bu, ümumi xarici və təhlükəsizlik siyasətinin əsas prinsiplərinə açıq-aşkar etinasızlıqdır. Bu, bizim üçün aydın olan bir faktdır ki, bu da Avropa Birliyinin üçüncü sanksiyalar paketinin pozulmasını təşkil edir”, - deyə bildirib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin Rusiya ilə birbaşa aviareysləri bərpa etmək niyyətləri də Rusiyanın Ukraynaya müdaxiləsindən sonra uçuşları bağlayan Aİ-nin siyasətinə ziddir.

"Rusiya Federasiyası qismən səfərbərlik barədə qərarını elan etdikdən sonra Gürcüstan əhalisinin böyük əksəriyyəti artıq Rusiya Federasiyasının ərazisini tərk edib. Əsas arqument istifadə olunur - bu, hazırda Rusiya Federasiyasının ərazisində olan vətəndaşlar üçün narahatlıqdır.

Yeri gəlmişkən, ikitərəfli əməkdaşlığımızın əsasını təşkil edən mühüm məsələlərə toxunmadan –  bu, suveren ərazilərin işğaldan azad edilməsi, onların ərazi bütövlüyünün bərpasıdır. Bu, Aİ və NATO-da əsas kursdur”, - Kasyanov bildirib.

Nəşr xatırladıb ki, Ukraynanın Gürcüstandakı səfirliyi Gürcüstanla Rusiya Federasiyası arasında birbaşa hava əlaqəsinin bərpasından və rusların kütləvi axınından sonra təhlükə ilə üzləşən Ukrayna vətəndaşlarının təxliyyə oluna biləcəyini istisna etmir.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN