booked.netbooked.net booked.net  

 Aİ Rusiyanın ötən həftə uçuş qadağasını ləğv etmək qərarından sonra Gürcüstanın Rusiyaya və Rusiyadan uçuşları bərpa etmək qərarından təəssüflənir.

Bunu Brüsseldə keçirilən brifinqdə Aİ Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stano bəyan edib.

"Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni müharibəsi səbəbindən Aİ və bir sıra digər dövlətlər Rusiyanın aviasiya sektoruna qarşı sanksiyalar tətbiq edib. Biz və tərəfdaşlarımız Rusiyadan və Rusiyaya uçuşlara icazə vermirik. Gürcüstanın Aİ-yə getdiyi yolu və Gürcüstanın Gürcüstan-Aİ Assosiasiya Sazişində nəzərdə tutulduğu kimi xarici siyasətdə Aİ qərarlarına uyğunlaşmaq öhdəliyini nəzərə alaraq, Gürcüstan hakimiyyətinin son qərarı narahatedicidir”, - o, bildirib.

Stano təəssüflənərək qeyd edib ki, Gürcüstanın xarici və təhlükəsizlik siyasətinin Aİ-nin müvafiq siyasətləri ilə koordinasiya səviyyəsi keçən ilki 44%-dən bu il 31%-ə enib.

"Bu, həqiqətən bizim narahatlığımıza səbəb olur, həqiqətən də böyük təəssüf doğurur",- deyib.

Xatırladaq ki, mayın 10-da Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib, eyni zamanda Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına qoyulan qadağaları da aradan qaldırıb.

Mayın 11-də isə Avropa İttifaqı Gürcüstan hakimiyyətini Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Rusiya aviasiya sənayesinə qarşı tətbiq edilən sanksiyalara əməl etməyə çağırıb.

Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili də Rusiya Prezidentinin vermiş olduğu fərmanlardan qeyzlənmiş və bunu Rusiyanın təxribatı adlandırmışdı:

“Rusiyanın daha bir təxribatı! Rusiya Ukraynaya təcavüzünü davam etdirdiyi və ərazilərimizi işğal etdiyi müddətdə Gürcüstana birbaşa uçuşların bərpası və viza rejiminin ləğvi qəbuledilməzdir”, - deyə tvitter hesabında bildirmişdi.

Lakin məlum olduğu kimi, son iki gündə Gürcüstan iki aviaşirkətə Rusiyaya birbaşa uçuşlar həyata keçirməyə icazə verib. Və bu da Aİ-nin heç də ürəyincə deyil...

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN