booked.netbooked.net booked.net  

“Separatçı terror təşkilatı PKK və onun sərhədlərimizin daxilində və xaricində uzantılarına qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik və son terrorçu məhv edilənə qədər dayanmayacağıq”. 

TEZADLAR.AZ trt-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabından etdiyi paylaşımda deyib.
Dövlət başçısı Türkiyənin  Şırnak vilayətinin Bestler Dərələr bölgəsində PKK-ya qarşı əməliyyat zamanı baş verən qarşıdurmada şəhid olan 3 əsgərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.

Şəhid ailələrinə səbr diləyən Ərdoğan deyib:

"Millətimizin başı sağ olsun. Separatçı terror təşkilatı PKK və onun sərhədlərimizin daxilində və xaricində olan qollarına qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik və son terrorçu məhv edilənə qədər dayanmayacağıq". 

Vitse-prezident Fuat Oktay da sosial media hesabında başsağlığı mesajı paylaşıb: "Şırnakın Bestler Dərələr bölgəsində xain terrorçularla qarşıdurmada şəhid olan qəhrəman Mehmetciklərimizə Allahdan rəhmət, kədərli ailələrinə səbr, yaralılarımıza isə şəfalar diləyirəm. Əziz millətimizin başı sağ olsun verirəm".

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN