booked.netbooked.net booked.net  

ATƏT-in Türkiyədəki seçki prosesini izləyən 210-dan çox müşahidəçisindən 95 faizi səsvermə prosesinə müsbət qiymət verib.

TEZADLAR.AZ xəbər verir ki, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət Türkiyədə ATƏT-in müşahidəçisi kimi izlədiyi seçki prosesi barədə jurnalistlərə açıqlamasında deyib.

A.Həsrət bildirib ki, müşahidələr Türkiyədəki seçki prosesinin tamamilə şəffaf və təhlükəsizlik şəraitdə keçirildiyini göstərir: “Fransa isə buna kölgə salmaq istəyir. ATƏT-in müşahidəçiləri kimi qardaş ölkədə baş verən seçki prosesini yaxından izlədik. Mən və digər heyət üzvləri Türkiyənin Adana vilayətində, daha sonra Mərsinin Ərdəmli ofisində olduq. İlkin müşahidələrimiz bundan ibarət idi ki, vətəndaşlar səsvermə başlamazdan əvvəl məntəqə önündə toplaşmışdılar. İlk dəqiqələrdən sona qədər heç bir maneə hiss etmədik. Gün ərzində ümumilikdə 9 məntəqədə seçki prosesini izlədik. Küçədən keçən hər kəs gəlib seçkilərin nəticələrinin yoxlanılmasında iştirak edə bilərdi. Seçicilərin yazdıqları adlar açıq şəkildə sonda göstərilirdi. ATƏT-in Türkiyədəki seçki prosesini izləyən 210-dan çox müşahidəçisindən 95 faizi səsvermə prosesinə müsbət qiymət verib”.

Qrupda yer alan fransalı müşahidəçinin qərəzli yanaşması ilə seçildiyini vurğulayan Azər Həsrət bildirib: “ATƏT-in müşahidəçiləri arasında fransalı xanım da var idi. O, özünü təhlükədə hiss etdiyini bildirdi. Amma buna əsas verəcək heç bir hal baş vermədi. Mən başa düşdüm ki, onlara Türkiyədə keçirilən seçki prosesinin şəffaflığını və təhlükəsizlik məsələsini gözdən salmaq barədə təlimat verilib. Bu isə tamamilə əsassızdır. Türkiyədə seçki prosesi şəffaf və tam təhlükəsiz şəraitdə keçirilib”.

AzərTac

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN