booked.netbooked.net booked.net  

Almaniya Maliyyə Nazirliyi ölkədə 5,2 milyard avrodan çox olan Rusiya aktivlərinin dondurulduğunu bəyan edib.

Almaniyanın Federal Maliyyə Nazirliyinin mətbuat katibi açıqlamasında qeyd edib ki, aprelin 12-nə olan hesablamalara əsasən, Almaniyada Rusiyanın 5,23 milyard avro dəyərində aktivləri dondurulub.

 Avropa Komissiyası isə Rusiyanın dondurulmuş aktivlərinin – “mərkəzi bankın ehtiyatları da daxil olmaqla” necə müsadirə edilməsinin mümkünlüyü ilə bağlı hüquqi ekspertiza aparır, yollar axtararaq baş sındırır...

AK bir müddət əvvəl Ukraynanı bərpa etmək üçün Rusiya aktivlərinin - həm özəl, həm də dövlətin istifadəsi üçün qanuni cəhətdən məqbul variantları hazırladığını təsdiqləyib.

Qeyd edək ki, sanksiyalar Rusiyanın dondurulmuş aktivlərinn müsadirəsini nəzərdə tutmur, çünki bu, qanunu pozur...

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

 Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Buna cavab olaraq Aİ ərazisində Rusiyaya məxsus olan aktivlər dondurulub və qərb çoxlu sayda sanksiyalar tətbiq edib. Amma bütün bunlar Rusiyanı geri çəkilməyə məcbur edə bilməyib...

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN