İsmayıl Vəliyev haqqında maraqlı xatirə…

Oxunma sayı: 303
Professor Ismayil Veliyevin oğlu Ömər Vəliyev atası barədə maraqlı xatirə danışır… Yazır: “…Atam İsmayıl Vəliyev 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitenin jurnalistika fakültəsinin əyani şöbəsində təhsil alıb. Tələbəlik illərində Kiyevdə, Lvovda və Moskvada keçirilmiş Ümumittifaq Tələbə-Elmi konfranslarında çıxış edərək müxtəlif diplomlara layiq görülüb. 1971-ci ildən Azərbaycan Radio və Televiziyası ilə əməkdaşlıq edib, 10 ilə yaxın “Bulaq” folklor verlişinin daimi müəlliflərindən biri olub. İsmayıl Vəliyevin hazırladığı verlişlərin bir çoxu hazırda radionun “Qızıl fond”unda saxlanılmaqdadır. Atam eyni zamanda “Zəka” radio elmi proqramının uzun illər ssenari müəllifi və aparıcısı olub.
Azərbaycan televiziyasının vaxtilə populyar olan “İdrak” proqramı da İsmayıl Vəliyevin ideyası əsasında yaradılıb. “Ata yurdu” verlişi isə uzun müddət onun müəllifliyi və aparıcılığı ilə efirə gedib. İsmayıl Vəliyev jurnalist həmkarlarının və oxucuların yaddaşında istedadlı publisist, peşəsinin prinsiplərinə sadiq qalan, həyatının sonunadək maarifçilik missiyasını davam etdirən zəhmətkeş qələm adamı, dəyərli ziyalı kimi qalıb.
Ata, yerin hər zaman görünür. Həyatının sonunadək qələm əlindən düşmədi, Azərbaycan dövlətinin, xalqının inkişafı üçün bir-birindən fərqli və çətin sahələrdə şərəflə çalışdın, xidmətlər göstərdin. Ruhun şad olsun!!!”.
Ruhu şad olsun!
A.Məmmədli
Xəbəri paylaş