Əsas məzmuna keç

MƏKTƏBLƏRDƏ ŞAGİRDLƏRİN DAVAMİYYƏTİ AŞAĞI DÜŞÜB

Hava şəraiti ilə əlaqədar Bakının ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb.

 TEZADLAR.AZ xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 Qeyd olunub ki, hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb, bu istiqamətdə müvafiq qurumlarla əlaqələr gücləndirilib: “Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…