TEZADLAR.AZ xəbər verir ki, bu barədə bloger Saleh Nəsirov məlumat yayıb.
Bloger bildirib ki, “16 dəqiqə – 2 AZN-dir. Yeri gəlmişkən, bu “15 dəqiqə pulsuz” söhbəti də maraqlıdır. Demək, siz çeki vuranda “ödənişsiz” yazılsa da, vaxt dayanmır. Misal üçün, 14 deqiqədə çeki vursaz, deyəcək PULSUZ tərk edin. Amma şlaqbauma çatanda sistem deyəcək, – “Sorry, ödəniş et!” Niyə? Çünki çeki oxutdurandan sonra vaxt dayanmır! Bir sözlə, parkinqi pulsuz tərk etmək üçün şlaqbauma 15 dəq əvvəl çatmalısınız”, – deyə o vurğulayıb.