Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gündən məktəb direktorlarının işə qəbulu üzrə müsabiqənin şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələri üzrə müsahibə mərhələsinə başlanılır.
Bu barədə Tezadlar.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, müsabiqə üzrə ərizə qəbulu iyunun 29-dan iyulun 8-dək həyata keçirilib. Müsahibələr mərkəzləşdirilmiş qaydada Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində təşkil olunacaq.
Namizədlər müsabiqə qaydalarına uyğun olaraq, uyğun namizəd müəyyən edilənədək ardıcıllıq prinsipi əsasında müsahibəyə dəvət olunacaqlar.
Namizədlər komissiya üzvləri tərəfindən liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji bacarıqlar, həmçinin sosial və emosional bacarıqlar olmaqla 7 meyar üzrə qiymətləndiriləcəklər.
Müsahibə mərhələsinə dəvətlə bağlı bildirişlər mərhələli şəkildə namizədlərin şəxsi səhifələrinə göndərilir. Bu səbəbdən namizədlərə şəxsi səhifələrini mütəmadi izləmələri tövsiyə olunur.