Əsas məzmuna keç

“Neftçi” yeni mövsüm üçün növbəti transferini həyata keçirdi

“Neftçi” yeni mövsüm üçün növbəti transferini həyata keçirib.

Tezadlar.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Miranda artıq “Neftçi” ailəsinin üzvüdür. 26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edib. O, sonuncu klubu “Santa Klara”nın heyətində 74 oyun keçirib, 3 qol və 7 assist müəllifi olub.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…