“Nyukasl” “Liverpul”u belə məğlub etdi…

Oxunma sayı: 91

Ötən gün İngiltərə Liqa Kubokunun finalında “Nyukasl” “Liverpul”u 2:1 hesabı ilə məğlub edib. Tezadlar.az TRT- Sport- a istinadla bildirir ki, bu gərgin görüş Londonun “Uembli” stadionunda baş tutub. Qolları Den Bern (45-ci dəqiqə) və Aleksandr İsak (52) vurub. “Liverpul”un heyətində Federiko Kyeza (90+4) fərqlənib. 51-ci dəqiqədə İsak qol vursa da, hakimin video köməkçisi (VAR) sisteminin müdaxiləsindən sonra qol hesaba alınmayıb. “Nyukasl” tarixində ilk dəfə İngiltərə Liqa Kubokunu qazanıb. Komanda əvvəllər iki dəfə turnirin finalında çıxış edib: 1976 və 2023-cü illərdə. “Liverpul” 2024-cü il turnirinin qalibi olub və ən çox kubok qazanma rekorduna sahibdir (10). Komanda daha əvvəl 1981, 1982, 1983, 1984, 1995, 2001, 2003, 2012, 2022-ci illərdə turnirin qalibi olub.

Bu da futbolda baş verən ağlagəlməz hadisələr.

Səbuhi

Xəbəri paylaş

18 Aprel