Bu günlərdə Beynəlxalq Qalereyada daha bir möhtəşəm layihəyə start verildi…
Həmişə olduğu kimi, layihənin rəhbəri Aygün Əzizova idi. Jurnalistlər və sənət adamları üçün “Sənətin Məşhurları” adlı şüşə üzərində rəsm vitraj masterklası, AET Terapiya dərsləri təşkil olundu.
Öncə Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova qonaqları salamladı və ART Terapiya master-klasslarının insanların asudə vaxtının səmərəli təşkili məqsədilə keçirildiyini, həmçinin zehni işlə məşğul olan hər bir şəxsin fikirlərini yeniləyərək aydın düşünmək, yorğunluğunu atması üçün vacib olduğunu bildirdi.
Məşhurlar çıxışlarında Beynəlxalq Qalereyada bir ilkə imza atıldığını, uğurlu layihə olduğunu və insanlara xeyir verəcəyini bildirdilər və hər zaman belə tədbirlərə sevə-sevə gəldiklərini vurğuladılar.
Qeyd edək ki, master-klassda Əməkdar jurnalist Mətanət Ağamirli, Azərbaycanın Əməkdar artisti Səlim Abbasov, Dunyaxeber.org saytının rəhbəri Dünya Əliyeva, “Təzadlar” qəzetinin əməkdaşı, Avropa Mətbuat Federasiyasının (EPF ) üzvü Yasəmən Məmmədova, Floor Jurnalının müxbiri Günel Həsənova iştirak edirdilər.
Art Terapiya masterklası ARTFLOOW Tədris Mərkəzinin rəhbəri Günay Məmmədova, AEİSM brendinin rəhbəri Aygün Kamilqızı tərəfindən aparıldı.
Sonda çay süfrəsi ətrafında söhbət davam etdirildi və xatirə şəkilləri çəkildi.

(Şəkildə: Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, Əməkdar jurnalist Mətanət Ağamirli, Əməkdar artist Səlim Abbasov, Dunyaxeber.org saytının rəhbəri Dünya Əliyeva, “Təzadlar” qəzetinin əməkdaşı Yasəmən Məmmədova, ARTFLOOW Tədris Mərkəzinin rəhbəri Günay Məmmədova, AEİSM brendinin rəhbəri Aygün Kamilqızı)

(Şəkildə: Əməkdar jurnalist Mətanət Ağamirli, Dunyaxeber.org saytının rəhbəri Dünya Əliyeva, “Təzadlar” qəzetinin əməkdaşı Yasəmən Məmmədova)

(Şəkildə: Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova və Əməkdar artisti Səlim Abbasov)
AYGÜN






