Qəbul etdiyimiz meyvə və tərəvəzlərin bilinən və bilinməyən xüsusiyyətləri

Oxunma sayı: 36

Tanrının və təbiətin bəşər aləminə bəxş etdiyi meyvə-tərəvəz və çərəzlərin möcüzəli şəkildə faydalarından çox danışılıb yazılsa da bir çoxlarımız tam şəkildə onların fərqində deyilik. Belə ki, o meyvə-tərəvəzlərin birlikdə qəbulunun faydalı və faydasız tərəflərini bilmirik.

Bu gün bu məsələyə toxunduq.

Faydalı tərəfləri

  1. Güclü yaddaş üçün qaragilə, qoz-fındıq və badam çox faydalıdır.
  2. Yaşıl çay və limonunun birlikdə qəbulu metabolizmanı sürətləndirir. Belə ki, limon yaşıl çaydakı antioksidantlarının təsirini artırır.
  3. Avokado və pomidor ürək sağlamlığı üçün möhtəşəm cütlükdür.
  4. Yuxu problemi varsa gilas və badam birlikdə yeyilməlidir. Çünki gilasdakı melatonin, badamdakı maqnezyum ilə birləşib daha keyfiyyətli dərin yuxu almağa kömək edir.
  5. İdman performansını artıran möhtəşəm cütlük çuğundur və portağaldır. Belə ki, çuğundur əzələnin oksigen qəbulunu artırır, portağal isə C vitamini ilə ona dəstək verir.
  6. Qan azlığını aradan qaldırmaq üçün çuğundur, alma, yerkökü və nar çox faydalıdır.
  7. Ürək problemində xurma çox xeyirlidir.
  8. Çiyələk və şokolad həm şirniyyat ehtiyacını ödəyir, həm də ürəyi qoruyur.
  9. Ac qarına əncir, tut, gavalı yemək mədə-bağırsağı təmizləyir.
  10. Qarpız yemək orqanizmin su ilə təminatını dəstəkləyir, xərçəngin qarşısını alır, stresi azaldır, ürəyi sağlamlaşdırır, tərkibindəki A və C vitaminlərinə görə həzmi yaxşılaşdırır, dərini hamarlaşdırır və saç tökülməsinin qarşısını alır.
  11. A və C vitamini ilə zəngin olan yemiş (qovun) yod və xrom mineralları baxımından çox zəngindir və eyni zamanda yuxusuzluq problemini də həll edir.
  12. Böyrəklərdə qum və daş narahatlığı olan şəxslər üçün qarpız, yemiş (qovun), xiyar və cəfəridən istifadə çox faydalıdır.
  13. Süd və doşabın (bəhməz) birlikdə istifadəsi boğaz inkeksiyalarına çox xeyirlidir.
  14. Üzüm tərkibində olan A, B1, B2, B6, PP, C vitaminləri, dəmir, qlükoza, fruktoza, saxaroza, pektin maddələr, mikroelementlər və fermentlərlə zəngindir. Tənəffüz yollarının iltihabında, qan azlığında, bronxial astmada, ürək, böyrək, qara ciyər xəstəliklərində və yuxusuzluqda çox təsirə malikdir.
  15. Yumurta və bananın istifadəsi sümük xəstəliyinin, xərçəngin qarşısının alınmasında mühüm təsirə malikdir.

Zərərli tərəfləri

  1. Qatıq və turpun birlikdə qəbulu mədə yanması kimi problemlər yaradır.
  2. Gavalı və şaftalı allergik reaksiyalara səbəb ola bilər.
  3. Sirkə və düyü birlikdə istehlak edildikdə öz faydalı xüsusiyyətini itirir.
  4. Süd və toyuğun birlikdə istehlakı orqanizmdə artıq protein və kalsium yığılmasına səbəb olur.
  5. Nar və qırmızı ətdən həddindən artıq istifadə alergik reaksiyalara səbəb ola bilər.
  6. Sarımsaq və soğan – hər ikisi güclü antioksidantdır. Həddindən artıq istehlak edildikdə qan axını sürətləndirə bilər.
  7. Çiyələk və balın, eyni zamanda bal və yemişin (qovunun) birlikdə qəbulu alergiyaya səbəb olur.
  8. Süd və yumurta, toyuq və qatıq, süd və balıq – tərkibində zülal olan iki fərqli heyvan məhsulunun eyni yeməkdə yeyilməsi zülalın orqanizmdə həzm oluna bilməməsi deməkdir. Bu isə orqanizmdə zəhərli tullantıların əmələ gəlməsinə və orqanizmin müqavimətinin pozulmasına səbəb olur.

Bədənin sağlam və enerjili olması üçün hər gün qida rasionunda meyvə-tərəvəzlərdən ölçüsündə istifadə etmək orqanizm üçün vacib şərtlərdəndir. Hər bir insan öz sağlamlığını qorumalıdır. Ona görə də lazım olan nemətlərdən miqdarında qəbul edib faydalanmaq lazımdır.

Hazrladı: Rövşanə Nağıyeva

Xəbəri paylaş

22 Aprel